polis1Bakıda intihar hadisəsi olub.

araz.az  Lent.az-a istinadən  xəbər verir ki, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsində qeydə alınıb.

Burada yaşayan Kübra Əliyeva evdə özünü asaraq, həyatına son qoyub. Onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Kübra Əliyevanın Xəzər rayon Polis İdarəsinin əməkdaşı, polis zabiti Həsən Əliyevin həyat yoldaşı olduğu iddia edilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.