Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat katibi Azadə Balayeva AzTV-nin “Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı hazırladığı sujetə münasibət bildirib.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, A.Balayeva bildirib ki, yay fəsli olduğundan AMEA institutlarının əməkdaşlarının əksəriyyəti əmək məzuniyyətindədirlər:
“10-15 dəqiqə binanın qarışısında durmaqla kiminsə çıxmamasını müşahidə etmək o demək deyil ki, işləmirlər. Bu, məntiqi yanaşma deyil, araşdırılmalıdır. Bəlkə, yay fəsli olduğuna görə institutlar fərdi şəkildə işçilərə göstəriş verib ki, işə yarım saat tez başlayıb, tez çıxsınlar. Bilmədən, soruşmadan birmənalı şəkildə fikir bildirilməsini düzgün saymıram. Bura fabrik, zavod deyil, elmi müəssisədir. Zəka ilə işləyən insanların çalışdığı yerdir. Ola bilər ki, bir qrup əməkdaş ekspedisiyalardadırlar. Bəlkə hansısa iclasda, tədbirdə, kitabxanadadırlar? Həmçinin AMEA-nın əsas qapıdan əlavə, digər çıxışı da var. Ola bilsin, əməkdaşlar ordan çıxıblar. Saat 18:00-da binaya girib soruşurlar ki, kimsə var? 18:00-da binada insanların olmaması normal deyil? Mənə elə gəlir ki, bu, normal bir şeydir. Dəqiq öyrənmədən, fakt olmadan belə bir fikir yürütmək səthi yanaşmadır. Jurnalistika baxımından bunu peşəkar yanaşma saymıram”.
[bt_youtube url=”‘480′ src=’https://www.youtube.com/embed/_0uhulNamMk’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.