ruslaneliyev55

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev reklam fenomenidir. Kaş Ruslan Əliyev haqqında mətbuatda və radio-televiziyada özünü reklam etdirmək düşüncəsindən uzaq bir adam olaraq bəhs edərdim. Amma ki, görünən o deyil… Özünü reklam etdirməkdəm başqa iş görmür. Siz Ruslan Əliyevin rəsmi səhifəsinə daxil olun, yalnız yardım etdiyi şəxslər sosial şəbəkələrdə aktiv olanlardır, 5-10 aktiv şəxsin problemlərini həll etmək məgər iş görməkdir?!

araz.az  Pravda.az-a istinadən xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

A.Həmidli xatırladıb ki, bir neçə gün öncə, sosial şəbəkələrdə və mediada direktor haqqında materiallar yayılıb.

Partiya funksionerinin sözlərinə görə, R.Əliyev hər dəfə canlı yayım açıb deyir ki, vətəndaşlar problemini yazsınlar: “Bəs sosial şəbəkə istifadə etməyənlər nə edəcək, cənab direktor?! Sizin işiniz yalnız xanımların problemini həll etməkdirmi?! Xatırlayırsınızsa, bu şəxs haqqında bir müddət öncə yayılan məlumat bəzi saytlardan müəmmalı şəkildə silindi. Mən hər şeyi açıq yazmaq istəmirəm. Onsuz da sosial şəbəkələri izləyənlər bu məlumatı xatırlayırlar. Ruslan müəllim zamanınızı cinsi ayrı -seçkilik etmədən hər kəsə ayırın. Siz “Azəriqaz”ın sosial şəbəkə üzrə nümayəndəsi deyilsiniz! Rayonlarımızda ciddi şəkildə qaz problemi var qış gəlir, qarşıdan qış gəlir. Ruslan müəllim, bu məsələlərlə bağlı tədbir görün, özünüzü reklam etməkdən əl çəkin. Ətrafınıza sizə tərif deyənləri toplamısınız, özünüzü iş görən göstərirsiniz. Cənab prezident bu gün (ötən gün-red) icra başçılarını qəbul edəndə sərt danışdı və görünür ki, bəziləri bu sözlərdən dərs almayıb. Prezident: “Hansısa dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, cəzalandırılacaq” Cənab prezident İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva, sizdən xahiş edirəm, özünü hər yerdə reklam bu şəxslə bağlı tədbir görün”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.