WhatsApp Image 2022 07 28 at 13.51.18 1 1

Xatirə ABDULLAYEVA: “Müqavilə sənədindən də aydın görünür ki, Vergilər İdarəsinin informasiya sistemində, mən, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs olaraq qeydiyyatdan keçmişəm”

     Göyçay rayonunun Çərəkə kənd sakini Xatirə Soltan qızı Abdullayeva, bu yaxınlarda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın adına ünvanlı şikayət xarakterli müraciətinin bir surətini də, araz.az xəbər portalının redaksiyasına göndərib. Müraciətində xüsusi olaraq vurğulanan məsələnin ciddiliyini nəzərə alıb, şikayətçinin özü ilə telefon əlaqəsi saxladıq. O, şikayət ərizəsində yazdığı faktlara başı ilə cavabdeh olduğunu bildirərək, əməkdaşlarımızı evinə dəvət edərək, geniş video-müsahibə vermək istədiyini də bildirdi. Dəfələrlə bizdən onu da xahiş etdi ki, öncə, onun Müraciətini araz.az-da dərc edək. Vətəndaşın xahişini nəzərə alıb, onun Müraciətini olduğu kimi dərc etməyə qərar verdik.WhatsApp Image 2022 07 28 at 13.51.18 2

Müraciət müəllifi yazır:

“Hörmətli Mehriban xanım!

Mətbuat vasitəsi ilə, yazıb Sizdən onu xahiş edirəm ki, məni, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə, şəxsən özünüz qəbul edəsiniz. Çünki bu iki nazirlik bir-neçə aydır ki, əlbir olub, bizi ünvanlı sosial yardım almaqdan məhrum ediblər.
Köməklik göstərilməsi məqsədi ilə, onlara müraciət edirəm, hər iki qurumda vəzifə sahibi olan şəxslər isə, elə bir oyun oynayırlar ki, onlardan heç cür baş açmaq olmur. Konkret desəm, tərəflər öz təqsirlərini bir-birlərinin üzərinə atır. Qeyd edim ki, ailə başçısını itirməyə görə, iki azyaşlı övladımın hər birinə 100 manat olmaqla, hər ay 200 manat sosial müavinət alırıq. Bundan əlavə, bizim 0,25 hektar pay torpaq sahəmiz var. Özüm ali təhsilli müəlliməyəm və iş yeri olmadığına görə, bu torpaq sahəsində əkin əkib, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul oluram.WhatsApp Image 2022 07 28 at 13.51.19

Bir neçə il idi ki, ünvanlı sosial yardım alırdıq. Artıq iki aydır ki, bizə verilən ünvanlı sosial yardımın bir ili tamam olduğundan dayandırılıb. Qanunvericiliyin tələbinə uyğyn olaraq, elektron qaydada Əmək və Əhailinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirik və az sonra etdiyimiz müraciət “VEMTAS” tərəfindən qeydiyyata alınır. Buna baxmayaraq, bizə ünvanlı sosial yardım verilməyəcəyinə dair imtina cavabı verilir.  İmtina cavabı verilməsinə əsas səbəb, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olmadığımız göstərilir. Hər dəfə imtina cavabı veriləndə, Vergilər İdarəsinə müraciət edirəm və etdiyim müraciətimə bu qurumdan belə bir cavab verirlər ki, mən, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatdayam. Mənə məxsus VÖEN-nin nömrəsi  6001188502-dir. Ünvanlı sosial yardım almaq məqsədi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərkən, Vergilər İdarəsi ilə aramızda olan müqavilə sənədini də Ərizəmə əlavə edirəm. Müqavilə sənədində aydın görünür ki, mən Vergilər İdarəsinin informasiya sistemində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs olaraq qeydiyyatdan keçmişəm.WhatsApp Image 2022 07 28 at 13.51.19 1

    Artıq yay tətilinin yarısı arxada qalıb və təqribən ay yarımdan sonra, azyaşlı övladlarım geyimlə təmin olunmalıdırlar. Dövlətdən aldığımız 200 manat sosial müavinət onların ərzaq təminatına güc-bəla ilə çatır. Əgər bizə verilməli olan ünvanlı sosial yardım verilməzsə, o halda, övladlarımın məktəbə getməsi müşkül məsələyə çevriləcək. Çünki hər iki övladımı məktəbli geyimi və ləvazimatlarla təmin etməyə heç çür imkanım yoxdur. Ona görə də, son ümüd yeri olaraq, yazıb, Sizdən xahiş edirəm ki, bizə verilməli olan ünvanlı sosial yardımın bərpası üçün, məni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə və İqtisadiyyat naziri Mikayıl Cabbarovla birlikdə, şəxsən özünüz qəbul edəsiniz. Düşünürəm ki, o halda bizim ailənin sosial yardımdan məhrum olunmasının günahının hansı nazirlikdə olması aydın olacaq”.WhatsApp Image 2022 07 28 at 13.51.20 1

 

Mövzu diqqətimizdədir.

Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.