WhatsApp Image 2022 07 28 at 14.36.06

Bu tikinti şirkəti, yekunlaşan layihələri əsasında tikdiyi binalarda sakinlərinə və tikilən binalarda müştərilərinə göstərdiyi yüksək xidmətə görə də, həmişə fərqlənib

Araşdırma nəticələri, həqiqət və reallıqlar da təsdiq edir ki, bu MTK əleyhinə bəzi mətbu vasitələrdə yazılanlar qəbuledilməzdir 

Bunu hamı bilir ki, dövlət rəhbərinin xüsusi həssaslıqla yanaşdığı əsas məsələlərdən biri də, paytaxt Bakının ayrı-ayrı yaşayış məntəqələrinin arxitektura görünüşünə xələl gətirən köhnə və qəzalı tikililərin sökülməsi, yerində yaraşıqlı çoxmərtəbəli binaların tikilməsidir. Prezidentin məqsədi də budur ki, vətəndaşlar daha yaxşı şəraitdə yaşasınlar, üstəlik, şəhər daha da gözəlləşsin. Məhz bu səbəbdəndir ki, Bakının hər yerində, ölkə başçısının ciddi tapşırığı əsasında, bu vacib məsələ ilə bağlı pilot və digər layihələr həyata keçirilir. Həmin layihələr getdikcə daha geniş vüsət alır və tikililən yaraşıqlı binalardakı mənzillərinə köçən vətəndaşlar isə, çox sevinirlər. Di gəl ki, son vaxtların ən gözəl təşəbbüslərindən biri olan həmin layihələrlə, vətəndaşların həyat şəraitlərinin yaxşılaşması üçün, qəzalı və yaraşıqsız binalarının yerində gözəl binalar tikən tikinti şirkətləri haqqında mətbuatda ürəkaçan yazılar oxumaq müşkül məsələyə çevrilib. Bu səbəbdən, araz.az-ın əməkdaşları da, bu vacib məsələ üzərində ciddi şəkildə işləməyə, həmin layihələr barədə araşdırmalar aparmaqla, konkret faktları cəmiyyətə təqdim etməyə daha çox önəm verirlər. İndinin özündə belə, bütün tikilən layihələrlə bağlı araşdırma apararkən, əməkdaşlarımıza tam əminliklə o da məlum olur ki, ölkə mətbuatında, işlərini yüksək səviyyədə quran tikinti şirkətlərinin yaxşı işlərinə kölgə salan böhtan xarakterli yazılar da dərc olunur. Halbuki belə xoşagəlməz hallarla qarşılaşan həmin tikinti şirkətləri, indiyədək, fəaliyyətlərini layihə nəzərdə tutulduğu formatda apararaq, ucaltdıqları yüzlərlə gözəl, yaraşıqlı tikililərdə on minlərlə vətəndaşı daha rahat mənzil sahibi etməklə bərabər, üstəlik on minlərlə iş yeri də açıblar.WhatsApp Image 2022 07 28 at 14.36.40

Fəaliyyətləri və rəhbər şəxsləri barəsində böhtan və yalanlar yazılan, bir sözlə, belə xoşagəlməz hallarla qarşılaşan həmin tikinti şirkətlərindən biri də, fəaliyyətini paytaxtda quran “Orbita” MTK-dır. Bunu kimlər etdirir, niyə və hansı əsaslarla?! Əməkdaşlarımız əsasən bu sualın cavabını tapmaq üçün, öz araşdırmalarını aparıb və sonda belə qənaətə gəliblər ki, “Orbita” MTK yekunlaşan müasir layihələri əsasında tikdiyi binalarda sakinlərinə və tikilən binalarda müştərilərinə göstərdiyi yüksək xidmətə görə həmişə fərqlənib və ölkənin seçilən tikinti şirkətlərindən birinə çevrilib. Məhz ona görə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən olunan prosedur qaydalarını fəaliyyətinin əsas istiqamətinə çevrən “Orbita” MTK, digər əlaqədar dövlət qurumlarının müəyyən etdiyi bütün tikinti normalarına, tikinti şirkətləri qarşısında qoyulan olduqca ciddi və ədalətli tələbələrə də ciddi riayət edir.

Yeri gəlmişkən, əvvəlcədən onu bildirmək istəyirik ki, “Orbita” MTK tərəfindən heç vaxt sakinlərin şəxsiyyətinə və mülkiyyətinə qarşı törətdilən qanunsuz hərəkətlər olmayıb. Şirkətdəki iş adamları daim tikinti norma və qaydalarına riayət ediblər. Yaşayış yerlərində tikinti işlərinə başlayarkən, şirkətdəki heç kəs sakinlərin həyatını təhlükəyə ata biləcək, dincliklərini pozacaq, ekoloji vandalizm törədəcək və əsəblərini korlayacaq hansısa təhlükəli hərəkət etməyib. Elə, fəaliyyət göstərdiyi illərdəki qanun çərçivəsində olan hərəkətlərinə görədir ki, sakinlər həmişə əvvəlki tək rahat həyatlarını davam etdiriblər. Şirkətin tikdiyi yaşayış kompleksləindən mənzil alan yüzlərlə vətəndaş arasında da, narazı kimsə yoxdur. Bu da bir daha onu sübut edir ki, bu MTK-nın rəhbər şəxsləri barəsində bəzi mətbu vasitələrdə dərc olunan yazılarda, onlara qarşı irəli sürülən iddia və ittihamların heç bir hüquqi əsası yoxdur. Bunlar, sadəcə olaraq, tikinti şirkətinin fəaliyyətinə ləkə vurmaq üçün əvvəlcədən düşünülmüş arzuolunmaz və qəbuledilməz aşkar yalan və böhtanlardır. Bir də ki, rəhbərlik şirkətə və şirkətin işçilərinə verdiyi hərtərəfli dəstəyinə görə də, həmişə fərqlənib və bütün bunlara rəğmən, daim minnətdarlıq qazanıb. Tutduğu bu mövqeyinə və göstərdiyi xeyirli işlərinə görədir ki, rəhbərlikdəki şəxslərə hər kəs tərəfindən daim uğurlar arzulanıb.

Doğrusu, araz.az-ın dərc etdiyi bu yazını da, yuxarıda vurğulananlara rəğmən xüsusi olaraq qələmə almışıq. Digər media qurumlarından olan həmkarlarımızla birgə, bu məsələyə aydınlıq gətirmək üçün apardığımız jurnalist araşdırmalarından sonra, həmin yazılarda qeyd olunanlara heç cür haqq qazandırmaq olmur. Çünki həmin yazılar təəssüf doğuran aşkar böhtan və yalanlar üzərində qurulub. Necə deyərlər, ağına-bozuna baxmadan yazı verənlər unudurlar ki, ölkədə müştərilərinin etibar və inamlarını qazanan tikinti şirkətləri də var və onların barəsində mətbuata yalan materiallar ötürmək vicdan çərçivəsinə sığmır. Ünvanına yalan hədyanlar yazıları bu tikinti şirkəti də, yarandığı vaxtdan indiyədək, sağlam təməlli və müasir görünüşlü bina inşası ilə daim alıcıların diqqət mərkəzində olan “Orbita” Mənzil — Tikinti Kooperativi kimi tanınır. Araşdırmalarımızdan o da məlum olub ki, həmişə öz hərəkətverici qüvvəsiylə, müxtəlif layihələr üzrə öhdəsinə götürdüyü və məsuliyyət daşıdığı bütün işlərini bu şirkət müvəffəqiyyətlə yerinə yetirərək, vaxtında və yüksək keyfiyyətlə təhvil verib. Üstəlik, hər bir işində, sahib olduğu potensialını daha da artıraraq, öz müştərilərinin hörmətini və etibarını qazanıb. Yalnız, Bakı şəhərinin baş planına əsasən, “Orbita”nın həyata keçirdiyi möhtəşəm layihələrlə paytaxtın Nizami rayonu ərazisindəki Bəkir Çobanzadə küçəsində, “Qara Qarayev” metrostansiyası ətrafında ucaltdığı çoxsaylı hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksinə və ayrı-ayrı binalara diqqət etmək kifayətdir ki, bu tikinti şirkətinin gücü və peşəkarlığı haqqında insanda təəssürat yaransın.
WhatsApp Image 2022 07 28 at 13.57.37
Ümumiyyətlə, Bakı şəhərinin baş planına əsasən, paytaxtımızın daha da abadlaşdırılaraq, gözəlləşdirilməsi məqsədilə, ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən ayrı-ayrı küçə və prospekt ünvanlı yararsız binaların da sökülərək, onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü ildən üzübəri olan ayrı-ayrı tarixli sərəncamları ilə, müxtəlif küçə və prospektlərdə, ayrı-ayrı məhəllələrdə torpaq sahələri “Orbita” MTK-nın istifadəsinə verilib. Bu günə kimi, “Orbita” MTK həmin ərazilərdə çoxmərtəbəli yaşayış binaları tikərək, bu ərazilərdə yaşamış sakinlərin istifadəsinə verib. Bir daha qeyd edirik ki, tikinti işləri aparılarkən bütün şəhərsalma və arxitektura qaydalarına, bu sahəyə aid normativ aktların tələblərinə və tikintiyə nəzarət edən bütün dövlət orqanlarının göstərişlərinə dəqiq əməl olunub, ekoloji tarazlığın pozulması hallarına yol verilməyib, sakinlərin rahatlığına, ərazidə sanitar epodimoloji vəziyyətin qorunmasına, onların təhlükəsizliyinə əməl olunub. Konkret desək, bu MTK peşəkar fəaliyyətini dəfələrlə sübut etməklə, sakinlərin etibar və hörmətini təsadüfən qazanmadığını əyani şəkildə göstərib. Alıcıların rahatlığını təmin edəcək yaşayış evləri ilə, bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilib. Elə, buna görədir ki, insanların komfortunu və rahatlığını düşünməklə də, “Orbita” MTK inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Araşdırmalarımızın son nəticəsinə görə, sərfəli qiymət və şərtlərlə alıcılarına yaşayış komplekslərində ucaltdığı yeni tikililərdə həmişə yüksək keyfiyyətli mənzillər təklif edən “Orbita” MTK, fəaliyyət göstərdiyi illər ərzində öz etibarlılığı ilə seçilib. Bu evlərin daha bir üstünlüyü ondan ibarətdir ki, 24 saat mühafizə olunur və yerləşdikləri kompleksin ərazisində yüksək zövqlə abadlaşdırma işləri aparılır, üstəlik, rahat müasir səviyyəli xidmət sahələri ilə bərabər, sakinlərin rahatlığı üçün hər şey nəzərə alınır və hər hansı problemdən söhbət gedə bilməz. Keyfiyyətli tikinti materialları vasitəsi ilə, yüksək zövqlə inşa edilən bu yaşayış binaları daimi işıq, qaz və su ilə təchiz edilir. Binalarda modern yük və sərnişin liftləri, habelə, bu ərazilərdə yüksək səviyyəli avtodayanacaqlar da mövcuddur.

Həm də media üzərindən apardığımız araşdırmamızın məhsulu olan bu yazımızda gəldiyimiz son qənaət də belədir ki, bütün böhtan və yalanlar, yaradıldığı gündən şəffaflığı və sakinlərə göstərdiyi yüksək xidmətə görə, tanınmış tikinti şirkətlərdən birinə çevrilən, hətta 44 günlük Vətən Müharibəsində aktivliyi ilə də seçilən “Orbita” MTK-nın işinə kölgə salmaqdan başqa bir şey deyil. Elə, araşdırmalar nəticəsində bu yöndən üzə çıxardığımız bəzi mühüm detallar da bunun inkarolunmaz təsdiqidir. Bir daha qeyd etməyi lazım bilirik ki, araşdırmalar zamanı, şirkətin tikdiyi yaşayış binalarından mənzil almış sakinlər arasında, rəhbərliklə hansısa problemi olan bir kimsəni tapmadıq.

Bu bir həqiqətdir ki, bu MTK ilə hüquqi müstəvidə müqavilə bağlayan sakinlərin hamısı hər ay ödənişləri rəsmi qaydada həyata keçiriblər və hər hansı qanun pozuntusu da baş verməyib. Elə, bunun nəticəsidir ki, hər kəs aldığı evində rahat və problemsiz yaşaya bilir. Çünki “Orbita” MTK tərəfindən inşa edilən binalardan mənzil alan hər bir sakinə, rəhbərlik tərəfindən öncədən öz mənzillərində xoşbəxt və firavan həyat yaşamaq arzulanır. Sonradan müştərilərə göstərilən nümunəvi xidmət də, çox keçmədən göz qabağında və hər kəsə bəlli olur. Elə, sakinlərə göstərdiyi yüksək xidmətə görə də, “Orbita” Mənzil — Tikinti Kooperativi ölkənin seçilən tikinti şirkətlərindən biri kimi tanınır.

Fərhad Məmmədov,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.