adil99

Milli Məclisin sədr müavini Adil Əliyevə qarşı sosial şəbəkədə təxribatlar davam edir.

araz.az  Pravda.az-a istinadən bildirir ki,  xaricdən idarə olunan bir neçə səhifə A.Əliyevin demədiyi fikirləri onun adından tirajlayırlar.

Hətta inandırıcı olsun deyə, mətnin sonunda hansısa saytın adını da yazırlar.

Hər kəsə bəllidir ki, Milli Məclisin sədr müavininin “beşinci kolon”la bağlı səsləndirdiyi fikirlərdən sonra bu cür təxribatlar baş verir. A.Əliyev dövlətə qarşı olan daxildəki və xaricdəki qüvvələrin ifşasının vacibliyini vurğulayıb.

Xaricdə məskunlaşan və eyni zamanda xüsusi kəşfiyyat orqanlarının, mənfur, məlum istiqamətləndiricilərin əlində alət olan “söyüş müxalifəti” yenə öz ampluasındadır. Dayanmırlar, usanmırlar, günü-gündən daha da azğınlaşırlar, kəskinləşirlər, dezinformasiya siyasətlərini şaxələndirirlər, yuxuda gördüklərini həqiqət kimi ictimai rəyə sırımağa, insanlar arasında fikir ayrılığı yaratmağa çalışırlar. Amma məqsədlərinə nail ola bilirlərmi? Arzuladıqları alınırmı? Alınmır!! Mənim üçün onların sözləri murdar küçə itlərinin aciz hürüşü kimi bir şeydir. Çünki namərdlik, aşağılıq, ikiüzlülük, satqınlıq, nankorluq bunların alınlarına yazılıb. Hətta ara-sıra mədəni cümlə qurmaq istəyənlərin də maskası qısa müddət ərzində tezcə cırılır, əsl sima peyda olur, gerçək üzə çıxır. Gerçək də odur ki, bu yaramazlara, anaları evdə nə öyrədib, bunlarda cəmiyyət içində onu danışırlar” – MM-in sədr müavini qeyd edib.

“Facebook”, “Youtube” və digər platformalarda təkcə Adil Əliyevə qarşı deyil, digər məmurlara, nüfuzlu şəxslərə qarşı belə təxribatlar törədilir. Ona görə də sosial şəbəkədə istifadəçiləri diqqətli olmalı, dezinformasiya yayan səhifələrin materiallarını paylaşmamalıdırlar.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.