WhatsApp Image 2022 08 15 at 02.53.48Bakı Nəqliyyat və Rabitə Kollecinin Çoxkanallı Telekommunikasiya şöbəsinin məzunu olan, hal-hazırda isə, Kiyev Milli Texnologiya və Dizayn Universitetində dizayner ixtisası üzrə dördüncü kursda qiyabi təhsil alan, bu yaxınlarda İngiltərənin paytaxtı London şəhərində keçirilən rəsm festifalında 3-cü yeri tutaraq, diplom və kubokla təltif olunan, yaşının az olmasına baxmayaraq, çoxları tərəfindən istedadlı dizayner, rəssam və yazıçı olaraq yaxşı tanınan, bütün bu uğurlarına baxmayaraq, indiyədək iş tapa bilməyən Ceyran Günəş (Pirəliyeva) ölkə başçısı İlham Əliyev cənablarına, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət xarakterli bir Müraciət ünvanlayıb.

Bu Müraciətin surəti “Araz” Media Qrupunun redaksiyasına da daxil olub. Bu Qrupun xəbər portalı olan araz.az isə, mətnindəki təsirli məqamlar çox olması səbəbindən, yalnız, bu Müraciətdəki aşağıdakı vacib epizodları, dəyərli oxucuları ilə bərabər, əlaqədar dövlət qurumları rəhbərlərinin də diqqətlərinə çatdırmağı vacib bilib.

Bu təsirli Müraciətdəki həmin vacib epizodlar belədir:

“Möhtərəm Prezident!
Çox hörmətli Mehriban xanım!

…”Müslüm Maqomayev: Musiqidə bir zirvə…” adlı 500 səhifəlik monoqrafiyanın müəllifiyəm. Bu kitabımın nəşr olunması ilə əlaqədar ölkəmizin Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət etmişəm. Di gəl ki, bütün bunlara baxmayaraq, hər dəfə söz verərək, bu nazirlikdə məni aldadanlar çox olub…

…Mənim istəyim bu idi ki, bu dəyərli kitabım Müslüm Maqomayevin 80 illik yubleyinə hazır olsun və bu münasibətlə keçiriləcək bütün tədbirlərin iştirakçılarına hədiyyə olaraq paylanılsın. Çox təəssüflər ki, rüşvət yuvası kimi özünü çoxdan tanıdan Mədəniyyət Nazirliyi, nəinki mənim, mənimlə bərabər, həm də müslümsevərlərin arzularımızı gözlərimizdə qoydu…

…“Heydər Əliyev Fondunun” təşkilatçılığı ilə, avqustun 17-də Müslüm Maqomayevin 80 illik yubileyi keçiriləcək. Xahiş edirəm, həmin konsertə mənə 3 (üç) bilet hədiyyə edəsiniz, çünki maddi imkanım buna da yol vermir. Atam II qrup əlildi, anam isə təqaüdçü. Özüm isə, hələ də işsizəm. Hara getsəm də, indiyədək mənə iş verən olmayıb…

…Əlim hər yerdən üzülüb! Ümidim yalnız Sizədir! Diqqətinizə və edəcəyiniz köməyə görə, böyük ümidlərlə, Sizə, qabaqcadan dərin minnətdarliğımı və təşəkkürümü də çatdırıram! Qabaqcadan, “Çox sağ olun!” da deyirəm!”.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.