Arxeoloji qazıntılar aparan zaman, Rusiya Federasiyasının Tümen Dövlət Universitetinin bir qrup arxeoloqu hun türklərinə məxsus qədim qəbiristanlıq aşkar ediblər.
Bu arada, həmin universitetin mətbuat xidmətinin bu barədə olan maraqlı məlumatı dünya mətbuatında da geniş yayılıb. Həmin məlumatlara istinadən araz.az bildirir ki, tarix elmləri doktoru, professor Natalya Petrovna Matveyevanın rəhbərliyi altında işləyən arxeoloqlardan ibarət qrup Ustyuq rayonu, Staro Lıbayevo kəndindəki qazıntılar zamanı hun türklərinin qədim qəbirstanlığını kəşf edib. Qazıntılar zamanı uzunsov kəllə sümüyü olan skelet qalıqları tapılıb.
Alimlərin məlumatına əsasən, uzunsov başı olan şəxslər o dövrdə əsl lider sayılırdılar. Hunlar uşaq vaxtından gələcəkdə döyüşçü olacaq oğlan uşaqlarının başını sarıyırdılar.
Universitetdən bildiriblər ki, əldə edilən materiallar qədimdə köçəri hunların niyə ilk olaraq Avropada yox, Sibirdə məskunlaşması barədə suala cavab tapacaq.
Həmin məlumatda o da
qeyd edilib ki, həmin ekspedisiya 6 həftə davam edib və onun gedişində 40 nəfər tələbə də iştirak edib.
araz.az xəbər portalı
araz.az xəbər portalı.