Paytaxt Bakının Binəqədi rayonunun 9-cu mikrorayon ərazisindəki 20 illik yaşı olan ağaclar məhv edilir. Harınlar məhv edilən bu yaşıllıq yerində də hündürmərtəbəli bina tikirlər. Ərazidə yaşayan sakinlər buna görə çox narahatdırlar.
araz.az xəbər verir ki, narazı sakinlər bu barədə tanınmış hüquqşünas, vəkil Aslan İsmayılova müraciət ediblər.Müraciətdə qeyd olunur ki, əvvəlcə ağacların suyu kəsilərək qurdulub, daha sonra isə “ağaclar quruyub” adı altında kəsilərək məhv edilib.
Sakinlərin sözlərinə görə, hazırda Fərhad adlı iş adamına məxsus olan MTK tərəfindən ağacların yerində bina inşa edilir.
“Əvvəlcə ağacların dibinə nəsə töküb qurutdular, sonra da həmin ağacları kəsdilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ərazidə törədilən qanunsuzluğun adını “ağaclar özü quruyub” qoydu. Hazırda Fərhad adlı MTK tərəfindən ərazidə bina tikilir. Mübafiq qurumlara müraciət etsək də, şikayətlərə baxan yoxdur”, – deyə sakinlərin şikayətində qeyd olunur.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə informasiya sorğusu göndərmişik.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.