1662706558 1639043963.5ac4d506074a7 fazil

“Azərbaycanda olan qiymət artımlarını dünyada baş verən böhranla əlaqələndirirlər. Diqqət edəndə görürsən ki, həmin böhran Türkiyədə də var, amma qiymətlər bizim ölkəmizdə olandan bir neçə dəfə ucuzdur”.

araz.az  Unikal-a istinadən bildirir kibunu  deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, qiymət artımlarını böhranla bağlamaq nə qədər məntiqlidir, bunu söyləməkdə çətinlik çəkir:

“Qiymət artımlarını müəyyən qədər konpensasiya etmək lazımdır. Bunun da yeganə yolu əmək haqqı və pensiyaların artırılmasıdır. Bu artımlar olmasa, məsələ problem olaraq qalacaq. Biz də bu istiqamətdə müvafiq dövlət qurumlarından təklifləri gözləyirik. Bu elə bir məsələdir ki, vətəndaşın sıxıntılarını ortadan qaldırmaq vacibdir. Təcili əmək haqqılarını artırmaq lazımdır”, – deyə F.Mustafa vurğulayıb. 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.