xin77 2

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı paylaşım edib.

araz.az-ın xəbərinə görə, paylaşımda qeyd olunub ki, bu, Ermənistanın növbəti təcavüzü idi.

“2020-ci il oktyabrın 11-də, atəşkəsdən bir neçə saat sonra Ermənistan Azərbaycanın Gəncə şəhərinin yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutmuş, 5-i qadın olmaqla 1- mülki vətəndaş həlak olmuşdu. 40 nəfər yaralanmışdı. Bu, 44 günlük müharibə zamanı Gəncəyə edilən 4-cü hücum idi”, – paylaşımda bildirilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.