64278e17 f3ab 471a a59c 02eda4446c40

Oktyabrın 13-də Zaqatala rayonundakı Heydər Əliyev  Mərkəzində  tarixi romanlar yazarı, publisist Yunus Oğuzla  görüş keçirilib.

Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın – “Cığır”ın müzakirə olunduğu tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Leyla Məmmədova, Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Anar Seyidov  çıxış  ediblər.
Tədbirin aparıcısı -Heydər Əliyev Mərkəzinin əməkdaşı Nərmin İbrahimova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra qonaqlar “Cığır” romanı haqqında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda tədbir iştirakçılarına “Cığır” romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.