Avropa İttifaqına üzv dövlətlərin liderləri bu gün Ukraynaya dəstəklərini müzakirə etmək üçün toplaşırlar.
araz.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Buna səbəb Ukrayna Prezident Volodimir Zelenskinin Rusiyanın ölkəsinin enerji infrastrukturunu məhv etməklə, qaçqın axınına səbəb olmağa çalışdığı barədə xəbərdarlığıdır.
Qeyd olunub ki, Rusiya Ukraynanın elektrik stansiyalarını, su qurğularını və digər əsas infrastrukturlarını raket və dron zərbələri ilə hədəfə alır.
Bildirib ki, Rusiya həm də belə hücumlar edərək ukraynalıların Avropa İttifaqı ölkələrinə yeni köç dalğasına səbəb olur.
Qeyd: Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın belə hücumlarını müharibə cinayətləri və terror aktları adlandırıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.