названия 1

 
Milli Məclisin bu gün keçirilən iclasında, millət vəkili Emin Hacıyevin, Bakı — Sumqayıt yolundakı tıxacla bağlı önəmli çıxışı olub.

 
Bu ciddi məsələ ətrafında danışan deputat, öz çıxışında, xüsusi olaraq onu vurğulayıb ki, tıxac yalnız yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən qaynaqlanmır: “Umumiyyətlə, Sumqayıtla paytaxt Bakı arasında ictimai nəqliyyatın avtovağzallar arasında işləməsi, mütləq ləğv olunmalıdır. Çünki vətəndaşların avtovağzala gəlməsi əlavə vaxt və vəsait itkisidir. Həmçinin ictimai nəqliyyatın mövcud vəziyyəti, şəxsi nəqliyyat vasitələrindən istifadəni daha da stimullaşdırır. Hesab edirəm ki, Sumqayıtdan Bakının müxtəlif ərazilərinə, məsələn, Bakı Dövlət Universitetinə, Bakı Dəmiryolu Vağzalına və digər ünvanlara avtobusların təşkil olunması daha yaxşı olardı. Bundan başqa, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün, güzəştli kartlar tətbiq oluna bilər”. FB IMG 16663783304218465
        Çıxışının sonunda, deputat, bu mövzuya aid digər vacib məsələlərdən də danışıb. Qeyd edib ki, Bakı — Sumqayıt qatarlarındakı vaqonların sayının artırılmasının vaxtı çoxdan çatıb və reyslərarası vaxt intervallarının azaldılması da, vacibdir: “Bu, həmin yolda olan sıxlığı azaldar. Ölkəmizdə ekspress avtobusların tətbiq olunmasını da təklif edirəm” — deyə, millət vəkili çıxışını belə yekunlaşdırıb.
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri..

araz.az xəbər portalı.