anar22

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasının səbəbi açıqlanıb.

araz.az  Pravda.az-a istinadən  xəbər verir ki, A.Əsədli mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov və digərlərinin şikayəti əsasında idarəyə çağırılıb.

İddia olunur ki, A.Əsədli O.Qasımovdan külli miqdarda pul alıb və qaytarmayıb.

Pravda.az-ın əməkdaşı iddiaların doğru olub-olmaması barədə Oqtay Qasımovdan mövqe öyrənməyə çalışıb.

O.Qasımov açıqlama verməkdən imtina edib: ““Mən bu suallara cavab vermirəm. Bu məsələlər mətbuatda müzakirə olunmur”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.