kamran5

“Misir Mərdanovun təhsil naziri olduğu dövr ümummili lider Heydər Əliyevin hakimiyyətə gəldiyi və müstəqilliyin yenicə möhkəmlənməyə başladığı, düşmənlə atşkəs müqaviləsinin və transmilli şirkətlərlə neft müqavilələrinin yenicə bağlandığı, müharibə aparan ölkənin yenicə iqtisadi islahatlara başlaması dövrünə təsadüf edir. Həmin dövrdə ölkədə məktəb tikməyə, onları təmir və təchiz etməyə iqtisadi imkanları məhdud, müəllimlərin əmək haqları simvolik idi. Mövcud müəllimlərin bir-çoxu məktəbləri tərk etmiş və özünü digər yolla dolandırmaqla məşğul idilər. Məktəblərdə müəllim işləməyə kadrlar tapılmırdı. Ali məktəblərin pedaqoji ixtisaxlarına 200 baldan aşağı toplayan şəxslər qəbul edilirdi, yüksək bal toplayanlar digər ixtisaslara yiyələnirdi. Həmin dövrdə Misir Mərdanov məktəblərdə çatışmayan minlərlə müəllim yerinə yaxın ixtisaslı şəxslərin və ya yenidən hazırlanmadan keçib müəllim olanları yerləşdirməklə məktəblərdə təlim və tərbiyə məsələlərini qismən də olsa tənzimləməyə cəhd etdi. Lakin 2006-cı ildən Misir Mərdanov qeyri-ixtisaslı şəxslərin müəllim kimi məktəblərə qəbulunu dayandırmaq barədə əmr verdi. Çünki artıq bu dövrdə belələrinə ehtiyac yox idi. Həmin dövrdən ölkəmiz iqtisadi inkişaf edir. Ölkə məktəblərinin çoxu təmirlidir və təchizatı normal səviyyədədir. Müəllimlərin maaşı artırılıb və bu ixtisası seçənlər, hətta hüquq fakültəsinə qəbuldan yüksək nəticə göstərirlər. Bütün bunlar ölkənin dayanıqlı iqtisadi inkişafının nəticəsidir. Məhz sertifikatlaşmadan yüksək nəticə göstərənlər həmin dövrdən bir qədər sonra, mərkəzləşmiş imtahanlarla işə qəbul edilənlərdir”.

araz.az  Pravda.az-a istinadən xəbər verir ki,  bunu ekspert Kamran Əsədov bildirib.

K.Əsədov qeyd edib ki, bu tarixi dövrü unudub, bir vaxtlar dövlətin məcburiyyətdən işə qəbul etdiyi və ya məcburiyyətdən aşağı balla ali məktəbə qəbul etdiyi kadrları sertifikatlaşmadan keçmədikləri üçün qınamaq nankorluqdur: “Bu insanların günahları nə idi ki, bilik və bacarıqları zəif olduqları halda işə qəbul ediliblər? Onların günahaları nə idi ki, yükək bilik və bacarıqlı müəllimlər iqtisadi çətinliklərlə bağlı oranı tərk edirdilər? Məgər onlar günahkar idilər ki, məktəblər boş qaldıqları üçün onları müəllim kimi işə qəbul etmişdilər? Məgər onlar aşağı ballı ixtisasların məhz müəllimlik olduğunu şərtləndirirdilər? Bütün bunlara görə bu müəllimləri alçatmaqdansa, onların yenidənhazırlanamsı üçün illər uzunu şərait yaratmaq və ya uyğun bir digər işə keçməsi mexanizmi hazırlamaq lazım idi. Sertifikatlaşmadan keçməyib işdən azad olmaq insanların yaşamaq və işləmək kimi konstitusiyon hüquqlarını əlindən alımır”.

araz.az xəbər pportalı.

araz.az xəbər portalı.