osman6 1“2016-cı ildə ölkədə Prezidentin fərmanı əsasında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya formalaşdırılıb. Çoxsaylı da İşçi Qrupları, Katibliyi yaradılıb. Əvvəllər bu strukturlar daha aktiv idi. Beynəlxalq hesabatlar dərc olunan anda dərhal yığışıb müzakirələr aparılır və ona münasibətlər sərgilənirdi. Vəziyyəti daha da yaxşılaşdırmaq üçün təkliflər hazırlanırdı, qanunvericilik və inzibatçılıq dərhal təkmilləşdirilirdi. Son zamanlarda bir neçə beynəlxalq hesabat və reytinqlər dərc olunub. Təəssüf ki, bu hesabatlarda  Azərbaycanla bağlı göstəricilər elə də xoşagələn deyil. Bəzilərində isə xeyli geriləmələr qeyd edilib”.

araz.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

“Narahatlıq doğuran məqamlar həm də ondan ibarətdir ki, bu cür hesabatlarda qonşu ölkələrin göstəricilərinə diqqət yetirdikdə onlarda qısa zamanda situasiyanın necə dəyişdiyini müşahidə etməmək mümkün deyil. Maraqlısı odur ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya bu hesabatlara münasibət sərgiləməyib. Müzakirələrinin də şahidi olmamışıq. Bəlkə də qapalı, gizli şəraitdə ediblər, bunu demək çətindir. Hər halda, bu haqda açıqlamalar verilməyib. Prezident isə bu Komissiyanı məhz beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün yaratmışdı. Ümid edirəm Komissiyanın səsini eşidəcəyik”, – O.Gündüz qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.