vpejpg-1668154541.jpg

“Pensiya və minimum əməkhaqqlarına artım gözlənilir”.

araz.az xəbər verir ki, bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, Milli Məclisin komitələrində hazırda 2023-cü ilin dövlət büdcəsi müzakirə olunur: “Bu məsələlər gündəmdədir. Aztəminatlı ailələr, qazilər və şəhid ailələri ilə bağll xüsusi proqramlar hazırlanır. Bundan başqa, vergi sistemində dəyişikliklər var. Yəni müəyyən işlər görülür”.

Deputat qeyd edib ki, indi infliyasiya rəsmi olaraq 13%-dirsə, hökümətin təqdim etdiyi 2023-cü il proqramının planında 6,9% göstərilir: “Qısası, proqnozlara görə, müəyyən qədər yaxşılaşma gedir. Biz süni qiymət artımının qarşısının alınması üçün Milli Məclisdə təkliflər səsləndirmişik”.

V.Əhmədov bildirib ki, bunların hamısına hökümət tərəfindən baxılacaq: “Büdcə layihəsi təsdiq olunandan sonra bu barədə daha ətraflı fikir söyləmək olar. Düzdür, birdən-birə bahalaşmanı tarazlaşdırmaq üçün minimum əməkhaqqı və pensiyaları o dərəcədə artırmaq mümkün deyil. Çünki ərzaq məhsullarında həqiqi infliyasiya ciddidir”.

Müsahibimiz deyir ki, müəyyən artımlar etmək vacibdir. Ehtiyac meyarı ilk dəfə olaraq 2023-cü ildə yaşayış minimumuna bərabləşdiriləək. Bu da müavinət alanlar üçün çox böyük bir üstünlükdür: “Çünki əvvəl ehtiyac meyarı 196 manat idi, indisə 246 manat olacaq. Yəni, proqnozlara görə, 2023-cü il 2022-ci illə müqayisədə qiymət artımında stabillik ili olmalıdır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.