imaret-yeni-qarabag.jpg

Layihə dövlət tərəfindən hazırlansa da, bizim fikirlərimiz də nəzərə alınıb.

araz.az  xəbər verir ki, bunu Report-a açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çelikəl Ağdamda “İmarət” stadionunun tikilib istifadəyə veriləcəyi tarixlə bağlı danışarkən deyib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda arenanın inşasına 2023-cü ildə başlanacağı və tikinti işlərinin 2026-cı ildə başa çatacağı bildirilib.

Çelikəlin sözlərinə görə, tarixlə bağlı onlara hər hansı rəsmi məlumat verilməyib: “Amma bilirik ki, Ağdamda arena tikiləcək. Çox böyük və müasir stadion olacağından xəbərimiz var”.

Klub rəsmisi bildirib ki, layihələndirmə ilə bağlı onların da fikirləri soruşulub: “Texniki məsələlər – soyunub-geyinmə otaqları, digər otaqlar, UEFA-nın tələbləri – barədə işçi qrupumuzdan məsləhətlər alınıb. Yəni biz məsələnin içində idik. Bütün lazımi məlumatları vermişik”.

Direktor “köhlən atlar”ın Ağdamda məskunlaşması barədə danışmağın tez olduğunu söyləyib:

“Əsas odur ki, torpaqlarımız azad edildi, Ağdamımız qayıtdı və “İmarət” stadionumuz yenidən tikiləcək. İndi sevinəcəyimiz əsas məqam budur”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.