rusiya44.jpg

Rusiya Xarici İşlər Nazirliyi Almaniya Parlamentinin Qolodomoru soyqırımı aktı kimi tanımasını şərh edib.

araz.az-ın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, bu, Ukraynada Rusiyanının əleyhinə qurulan kampaniyaya haqq qazandırmaq cəhdidir.

“Qəbul edilən qətnamə etnik ukraynalıları ruslara, Rusiyanın və keçmiş SSRİ-nin digər xalqlarına qarşı qoymaq üçün Ukraynada həyata keçirilən və Qərbin himayə etdiyi kampaniyaya haqq qazandırmağa yönəlmiş bir addımdır” – açıqlamada vurğulanıb.

Qeyd: Almaniya Bundestaqı 1930-cu illərdə Sovet lideri Stalinin siyasəti nəticəsində Ukraynada milyonlarla insanın ölümünə səbəb olan aclığı soyqırımı elan edib. Qətnamədə Qolodomor insanlığa qarşı cinayət adlandırılıb. Kansler Olaf Şoltsun hakim koalisiyasına daxil olan üç partiya – Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar, eləcə də əsas müxalifətdə olan Xristian Demokratlar və Xristian Sosial İttifaqı Bundestaqda qətnamənin lehinə səs verib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.