1670153538_106208.jpg

“İstehsal ili köhnə və istismara yararsız avtomobillərdə aparılan qiymətləndirmə əsasında və nəqliyyat vasitəsinin növünə uyğun olaraq onun sahibinə vauçer veriləcək”.  

araz.az  xəbər verir ki, bu fikirləri Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ATV-yə açıqlamasında bildirib:

Həmin vauçerlə avtomobil dilerləri və distribütorlarından yeni nəqliyyat vasitəsi almağın mümkünlüyünə diqqət çəkən nazir müavini onu da vurğulayıb ki, qiymətləndirmə nəticəsində təsdiqlənmiş məbləğ qədər onlara güzəşt olunacaq:

“Köhnə avtomobil sahibinə 2 min manat pul verilibsə, o, 20 min manatlıq avtomobil almaq istəyirsə, 18 min manat ödəyəcək. Əgər  köhnə avtomobilini təhvil verəndən sonra  yenisini almaq fikri yoxdursa, başqa şərtlərlə ona pul veriləcək”.

Mövzunun daha geniş şərhinin videoesunu təqdim edirik: 

[bt_youtube url=”‘https://www.youtube.com/embed/gg7JfnVu3QQ’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.