Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpik olan dərmanın iki qutusu Türkiyədə 150 lirəyə (15 manat 69 qəpik) satılır.
araz.az-ın xəbərinə görə, bunu jurnalist Mahir Məmmədli bildirib.
M.Məmmədli qeyd edib ki, eyni dərmanın bir qutusunu Tiflisdən 11 manata alıb.
Qeyd: Dərmanların qiymətləri son günlər müzakirə olunan məsələlərdəndir. Hətta deputatlar da bahalıqdan şikayətlənir.
araz.az xəbər portalı.