VATSAP1

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə, noyabr ayının 25-dən dekabr ayının 10-dək, qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq tədbirləri çərçivəsində, “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyasının Bakı, Gəncə, Şəki, Mingəçevir və Şirvan şəhərlərində maarifləndirici görüşləri təşkil olunub.

VARSAP 2

Bu barədə, icraçı qurum — “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən araz.az-a daxil olan məlumatda bildirilir ki, bu kampaniyanın məqsədi yeniyetmə və gənclərin debat metodologiyası vasitəsiylə gender əsaslı zorakılıq və ayrı-seçkilik barədə maariflənməsini təmin etmək, natiqlik, özünüifadə, təhlil və araşdırma bacarıqlarını artırmaq və qeyd olunan mövzuların müzakirəsində iştirakına şərait yaratmaqdır.

VATSAP3

Məlumata görə, bu kampaniya çərçivəsində, noyabr və dekabr ayları ərzində, Bakı, Gəncə, Mingəçevir, Şəki və Şirvan şəhərlərində yerləşən orta məktəb, internat məktəbi, kollec və universitetlərdə debat metodologiyası əsasında, “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusu ilə bağlı, gender ekspertlərinin iştirakı ilə keçirilən görüşlərdə 600-dən çox gənc qız və oğlan əhatə olunub və maariflənib.

VATSAP4

Ümumiyyətlə, “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyası, Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində həyata keçirilir. Kampaniya Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən icra edilir.

CKILI.SKRIN1

araz.az xəbər portalı.

araz.az xəbər portalı.