Bəzi media resurslarında istefası barədə xəbərlər yayılan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov üzə çıxıb.
araz.az Manset.az-a istinadən xəbər verir ki, Vasif Talıbov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramını ifadə edib.
Onunla bərabər Nazirlər Kabinetinin, nazirliklərin, komitə, xidmət, baş idarə və təşkilatların rəhbərləri də mərasimdə iştirak edib. Ziyarət zamanı Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov da orada olub.
Qeyd edək ki, dünən Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov Manset.az-a açıqlama verərək Ali Məclis sədrinin istefa verməsi ilə bağlı xəbərləri cəfəngiyyat adlandırmışdı.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.