Milli Məclisin iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edildi.
Dəyişikliyə əsasən, birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir. Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.
Qeyd edək ki, hazırda birdəfəlik müavinətlər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə, uşağın anadan olmasına görə, dəfn üçün verilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.