yp9.jpg

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.

araz.az  Avtosfer.az-a istinadən bildirir ki,  daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Dilbazi Nəbiyev Bakı şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayanın Müşayiət-eskort bölüyünün (YP 500) komandiri vəzifəsinə təyin edilib. Buna qədər D.Nəbiyev Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, MEB-in bundan əvvəlki komandiri polis polkovnik-leytenantı Mübariz Həsənəliyev yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.