fotojet-1-2.jpg

Sumqayıtda yol çöküb, avtomobillərin hərəkəti məhdudlaşıb. Çökmə hadisəsi şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

araz.az-ın xəbərinə görə, İlkin ehtimala əsasən, çökməyə səbəb kanalizasiya borularının köhnə olmasına görə, çirkab sularının daşaraq torpaq qatını yumasıdır.

Su Kanal İdarəsinin baş mühəndisi Mahir İmanov Baku TV-yə deyib ki, yerin altında keçən kollektor istismar müddətini demək olar başa vurub.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.