1990-cı ilin yanvar ayının 20-də keçmiş SSRİ rəhbərliyinin tapşırığı ilə, ermənipərəst Sovet Ordusu ölkəmizdə öz istiqlaliyyəti uğrunda mübarizə aparan mülki və dinc insanlara qarşı amansızcasına cinayət hadisəsi törətmişdir. Buna baxmayaraq, əli silahsız, amma vətənpərvər soydaşlarımız Bakıya yeridilmiş bu qoşun qarşısından çəkilməmişdir.
Bildiyimiz kimi, hər il xalqımız minnətdarlıqla bu qəhramanlıq tarixini yüksək səviyyədə qeyd edir, faciə qurbanlarını dərin hörmət və ehtiramla yad edir. Üstəlik, bu faciəni törədənlərin beynəlxalq tribunalarda mühakimə olunaraq, cavab vermələrini tələb edirlər.
Bu il Azərbaycan xalqının qan yaddaşına əbədi yazılan bu qəhramanlıq tarixinin 33-cü ildönümüdür və bu münasibətlə, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Sərəncam da imzalanmışdır. Bu Sərəncamdan irəli gələrək, hazırda ölkəmizdə və onun hüdudlarından kənarda xalqımızın əzmkarlıqla apardığı azadlıq mücadiləsinin 33 illiyinə həsr olunmuş tədbirlər planı həyata keçirilir.
YAP-ın Nəsimi Rayon Təşkilatından araz.az-a daxil olan məlumata görə, bu təşkilat da, Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə, 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş birgə tədbir keçiriblər. Bu tədbirin keçirilməsində əsas
məqsəd, çağdaş müstəqilliyimizin qazanılmasında qəhrəmanlıq tariximiz olan bu hadisələrin xüsusi rolunun və əhəmiyyətinin bir daha gənc nəsillərə çatdırılmasıdır.
[bt_slider uid=”1674135575-63c94817563f8″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/IMG-20230119-WA0011_copy_800x533.jpg” title=”IMG-20230119-WA0011_copy_800x533.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/IMG-20230119-WA0008_copy_800x533.jpg” title=”IMG-20230119-WA0008_copy_800x533.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/IMG-20230119-WA0006_copy_800x533.jpg” title=”IMG-20230119-WA0006_copy_800x533.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/IMG-20230119-WA0010_copy_800x533.jpg” title=”IMG-20230119-WA0010_copy_800x533.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/IMG-20230119-WA0009_copy_800x533.jpg” title=”IMG-20230119-WA0009_copy_800x533.jpg” link=”” parent_tag=”slider”][/bt_slider] Məlumatda qeyd edilir ki, bu önəmli tədbirdə YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, partiyanın rayon təşkilatının Mənzil İnşaat Dövlət Agentliyi üzrə ərazi partiya təşkilatının sədr müavini, partiya fəalları, rayon ərazisində yaşayan 20 Yanvar şəhid ailələri
və əlilləri iştirak ediblər.
Azər Süleymanov tədbiri giriş nitqi ilə açaraq, 20 Yanvar faciəsinin qurbanlarının ölkəmizdə daim dərin hörmət və ehtiramla yad edildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını xüsusi vurğulayıb: “Təsadüfi deyil ki, cənab Prezidentin son imzaladığı sosial islahatlar paketi çərçivəsində, 20 Yanvar şəhid ailələrinin müavinəti 20 faiz və əlilliyi müəyyən edilmiş şəxslərin müavinətləri isə, 15 faiz artırıldı.”
20 Yanvar Cəmiyyəti Nəsimi Rayon Şöbəsinin sədri Tahir Fətullayev öz çıxışında, dövlətimizin 20 Yanvar əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğıdan danışaraq,
bildirib ki, bu istiqamətdə Nəsimi rayonunda böyük işlər görülür.
Məlumatın sonunda bildirilir ki, Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirin sonunda, təşkilatçılar tərəfindən 20 Yanvar şəhid ailələrinə və əlillərinə müvafiq yardımlar da edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.