1674589865572664839_1200x630.jpg

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası layihəsi üzrə yekun müzakirələr keçirilib.

araz.az-ın xəbərinə görə, İcmanın mətbuat xidmətindən bildirilib ki, yanvarın 24-də Qərbi Azərbaycan İcmasının əsas orqanlarının nümayəndələrinin iştirakı ilə Konsepsiyanın layihəsi müzakirə olunub, mətn üzrə bir sıra əlavə və dəyişikliklər edilib.

Katiblik heyətinə Konsepsiya layihəsi üzərində redaktə işlərini tamamlamaq tapşırılıb.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin yanvarın 25-də keçiriləcək iclasında Qayıdış Konsepsiyası layihəsinə baxılacaq.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.