Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu şiddətlə qınayıb.
İcmanın mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına, İcma adından dərin hüznlə başsağlığı verilib və yaralananlara şəfa dilənib: “Elçilərin toxunulmazlığına dair İslam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və xarici dövlətlərin səfirliklərinə xain hücumların İranda ənənəyə çevrilməsi təəssüf doğurur.
İcma tutduğu vəzifəsindən asılı olmayaraq, bu hücumun sifarişçilərinin, təşkilatçılarının və icraçılarının dərhal həbsini və tərəfsiz ədalət məhkəməsinə təslim olunmasını tələb edir!”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.