Qərbi Azərbaycan İcmasında Qərbi Zəngəzurun Qafan şəhər icmasının nümayəndələri ilə görüş keçirilib.
araz.az-a daxil olan məlumata görə, tədbirdə Qafan rayonunun müxtəlif kəndlərindən olan nümayəndələr də iştirak ediblər. Görüş Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin rəhbərliyi ilə keçirilib.
Tədbirdə Qafan rayonu üzrə kənd, şəhər və rayon icmalarının formalaşması, 1988-1991-ci illərdə Qafan rayonundan qovulmuş qaçqınların kəndlər üzrə adlı siyahısının tərtibi ilə bağlı məsələlər müzakirə olunub.
Qafan-Pirimli İcmasının sədri Oqtay Camalov Qafan şəhəri üzrə İcma sədri seçilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.