“Heydər Əliyev İli” çərçivəsində, YAP Nəsimi Rayon Təşkilatının keçirdiyi yaddaqalan tədbirlərin sayı getdikcə artır. 2 fevral — Azərbaycan Gənclər Günü münasibəti ilə, YAP Nəsimi Rayon Təşkilatının fəallarının Heydər Əliyev Mərkəzində olmaları da, bu tədbirlər planı çərçivəsində həyata keçirilib. Bu barədə, rayon təşkilatından araz.az-a daxil olan məlumatda bildirilir ki, partiya fəalları Ulu Öndər irsinin öyrənilməsi məqsədilə, Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Məlumata görə, fəallar Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən stendlərə, foto-sərgilərə baxıblar. Həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgilərlə tanış olan rayon təşkilatının fəalları, Ulu Öndərin bütün ömrü boyu öz xalqı, dövləti və Vətəni naminə çalışdığına bir daha əmin olublar.
Məlumatın sonunda o da qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsi gənc nəslin qəlbində əbədi yaşayacaq. Çünki əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünya görüşlü yeni nəsil yetişib. Ümumiyyətlə, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün, Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bu səbəbdən, Ümummilli Liderimizin zəngin irsi dərindən öyrənilməli və daim yeni nəslə aşılanmalıdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.