1516778431 pul azn

Banklarda olan əmanətlərin 2016-cı ildən etibarən 7 il müddətində vergidən azad edilməsi müddəti fevralın 1-dən başa çatır. Odur ki, əmanətçilər gəlirlərindən vergi verməli olacaqlar. Bu məsələ bir çox əmanətçilər tərəfindən narazılıqla qarşılansa da, mütəxəssislər əks fikirlər səsləndirirlər.

araz.az bildirir ki, mövzunu KONKRET.az-a şərh edən tanınmış hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, vətəndaşın banka qoyduğu əmanətdən vergi tutulması qaydası həmişə mövcud olub: “Sadəcə dövlət vətəndaşları bu vergidən 7 il müddətinə azad etmişdi. Həmin vaxt isə bitmək üzrədir. Əgər vətəndaş ildə 10 faiz gəlir götürürsə, onun 1 faizini dövlətə vergi kimi verməlidir. Bu, tamamilə düzgündür və normal haldır. Hər bi şəxs öz gəlirindən vergi verməyə borcludur. Niyə fəhlə, müəllim, həkim və digər alın təri ilə pul qazanan peşə sahibləri öz əmək haqqlarından vergi verməlidir, amma banklara 10-100 min pul qoyaraq gəlir götürən şəxslər vergi ödəməməlidir? Ümumiyyətlə, bankda əmanəti olan şəxslərin gəlirindən vergi tutulmasının 7 il müddətinə ləğv edilməsi düzgün deyildi. Yaxud kiminsə torpağı, mənzili varsa və ildə bir dəfəəmlak vergisi verirsə, bu zaman niyə artıq pulunu banka qoyaraq gəlir götürən şəxslər vergi ödəməməlidir?. Bu, doğru deyil. Ona görə də qəbul olunan qərarı düzgün hesab edirəm”.

ekrem
Əkrəm Həsənov əmanətçilərin öz pullarını banklardan çıxaracağı ilə bağlı məsələyə də münasibət bildirib: “Bu, tamamilə boş şeydir. Əgər vətəndaşın bankda 10 min manat pulu varsa, bu, o deməkdir ki, ildə min manat (10 faizlə) gəlir əldə edə bilir. Amma indi ildə min manat əvəzinə, 900 azn gəlir qazanacaq. Buna görə kiminsə əmanətini bankdan çıxaracağını düşünmürəm. Ola bilər ki, banklarda əmanəti olan şəxslərin çox cüzi hissəsi bu addımı atsın. Amma proses kütləvi hal almayacaq. Bir daha təkrar edirəm, bu, sosial cəhətdən ədalətli qanundur. Necə olur ki, bir insan zəhmətilə qazandığı puldan vergi ödəsin, amma heç bir zəhmət çəkməyib gəlir götürən şəxslərdən vergi tutulmasın?”.

Müşviq TOFİQOĞLU.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.