Amerika Birləşmiş Ştatları vurulan üç naməlum cismin kəşfiyyat məlumatları toplaması ilə məşğul ola biləcəyini istisna etməsə də, bu versiya təsdiqlənməyib.
araz.az yeniavaz.az-a istinadən xəbər verir ki, bu barədə fevralın 16-da Milli Təhlükəsizlik Şurasının Ağ Evdəki strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.
O qeyd edib ki, ABŞ Prezidenti Co Bayden iki səbəbə görə hava şarlarının vurulması barədə əmr verib.
“Birincisi, onların potensial kəşfiyyat vasitələri olduğunu istisna edə bilməzdik. İkincisi, onların uçuş marşrutu potensial həssas obyektlərin üzərində ola bilərdi”, – Kirbi Corctaun Universitetinin saytında müzakirə zamanı deyib.
Kirbinin sözlərinə görə, ABŞ vurulan obyektlərin hərbi məqsədlər üçün deyil, elmi məqsədlər üçün istifadə edildiyi qənaətinə gəlib.
Xatırladaq ki, bir müddət əvvəl Çinə aid hava şarları ABŞ səmasında görünmüşdü. ABŞ təhlükə ehtimalı səbəbilə şarları vurmuşdu.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.