“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə görüşüb.

“AzerGold” QSC-dən araz.az-a daxil olan məlumatda deyilirki, sədr iki ölkə arasında mövcud əməkdaşlığın güclənməsi istiqamətində diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. Ölkəmizdə xidmətə başlamasından məmnun olduğunu bildirən diplomat fəaliyyəti dövründə Azərbaycanla Qana arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsi, iqtisadi münasibətlərinin inkişafı, xüsusilə dağ-mədən sahəsində əməkdaşlığın qurulmasında səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşün davamında Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında bəhs edib. Yarandığı dövrdən etibarən qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq edildiyi “AzerGold” QSC-nin beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Z.İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib.

Səfir Oheneba Lesli Akua Akyaa Opoku-Vare dağ-mədən sənayesinin Qana iqtisadiyyatının lokomotivi olduğunu, ölkəsinin zəngin qızıl, almaz, dəmir filizi, manqan, xromit, neft-qaz, eləcə də hidroenerji resurslarına malik olduğunu bildirib. Xanım səfir ölkəsinin əsas ixrac məhsullarından olan qızıl resurslarının istismarı istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Z.İbrahimov Qananın dağ-mədən sektoru ilə bağlı müəyyən məlumatların araşdırıldığını qeyd edərək, potensial əməkdaşlıq prespektivləri, təcrübə mübadiləsi, mədənlərə qarşılıqlı səfərlər, investisiya qoyuluşlarının cəlb edilməsi məsələləri haqqında ətraflı bəhs edib. Qızıl mədənləri üzrə dövlət büdcəsindən asılılığını tam olaraq aradan qaldıran dövlət şirkətinin yeni və faydalı təşəbbüslərə, o cümlədən təcrübə mübadiləsinə açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin tərəflər arasında dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib.

Daha sonra leqal mədənçiliyinin təşviqi, ətraf mühitin mühafizəsi, sağlamlıq və əməyin təhlükəsizliyi, eləcə də digər qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

***

Председатель правления ЗАО «AzerGold» Закир Ибрагимов встретился с новым послом Республики Гана в Азербайджане

Председатель правления Закрытого Акционерного Общества (ЗАО) «AzerGold» Закир Ибрагимов встретился с новоназначенным чрезвычайным и полномочным послом Республики Гана в Азербайджане Охенебой Лесли Акуи Акяи Опоку-Варе.

Председатель пожелал послу успехов в дипломатической деятельности, направленной на укрепление существующего сотрудничества между двумя странами. Выразив удовлетворение началом службы в Азербайджане, дипломат отметила, что во время своей деятельности она приложит усилия для укрепления дружественных отношений и сотрудничества между двумя странами, как в рамках двусторонних, так и в рамках международных организаций, а также для развития экономических отношений, особенно в области горнодобывающей промышленности.

В ходе встречи З.Ибрагимов рассказал о достижениях ЗАО «AzerGold», стратегических планах общества и проделанной работе по повышению экономической эффективности в горнодобывающем секторе. Отметив, что ЗАО «AzerGold», где с момента своего создания применялись передовые принципы корпоративного управления, имеет успешный опыт сотрудничества с международными компаниями, З.Ибрагимов добавил, что дальнейшее расширение деятельности за пределами страны входит в стратегические планы ЗАО. Председатель отметил, что Африканский континент, богатый минеральными ресурсами, также представляет интерес.

Посол Охенеба Лесли Акуи Акяи Опоку-Варе сказала, что горнодобывающая промышленность является локомотивом экономики Ганы, страна обладает богатыми ресурсами золота, алмазов, железной руды, марганца, хромита, нефти и газа, а также гидроэнергетикой. Госпожа посол выразила заинтересованность в расширении сотрудничества в направлении эксплуатации золоторудных ресурсов страны, которые являются основной экспортной продукцией.

З.Ибрагимов отметил, что были изучены определенные данные о горнодобывающем секторе Ганы, подробно рассказал о потенциальных перспективах сотрудничества, обмене опытом, взаимных поездках на месторождения, вопросах привлечения инвестиций. Было отмечено, что ЗАО, полностью ликвидировавшее свою зависимость от государственного бюджета по золотым рудникам, открыта для новых и полезных инициатив, в том числе для обмена опытом. В связи с этим была отмечена возможность оценки между сторонами перспектив сотрудничества с соответствующими структурами горнодобывающей промышленности, государственными и частными компаниями.

Затем был проведен обширный обмен мнениями по вопросам продвижения легальной добычи полезных ископаемых, охраны окружающей среды, здоровья и безопасности труда, а также по другим темам, представляющим взаимный интерес.

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.