Bakının mərkəzində yerləşən bu restoran-kafenin başı üzərində asılan bir sıra ölkə bayraqlarının sıra sonunda qoyulmuş milli bayrağımızın nimdaş və cırılmış halı təəssüf doğurur…

Paytaxt Bakının Üzeyir Hacıbəyov küçəsində (Hökumət Binasımın arxası) “Honours Akademy” restoranı rerləşir. araz.az tezadlar.az-a istinadən bildirir ki, bu restoran-kafenin başı üzərində dünyanın 12 ölkəsinin bayrağı sərgilənib. Ən sondakı isə, Azərbaycan bayrağıdır. Niyə, nədən öz ölkəmizin bayrağı sonda olmalıdır?! Bu sualı saxlayaq sonraya. Həmin binada yaşayan sakinlərin “Təzadlar”a çəkib göndərdikləri foto-şəkillərə və giley dolu mesajlarına inanmadan, həmin əraziyə özümüz də baş çəkdik. Fakt təsdiqini tapdı.

Bəli, Azırbaycan bayrağı ən sonda qoyulub. Özü də, bozarmış, nimdaş və yarı cırılmış vəziyyətdə.

Bu restoran-kafenin müştəri sarıdan korluq çəkmədiyinin də, orada olanda bir daha şahidi olduq. Lakin bayrağımıza belə hörmətsiz və sayğısız yanaşmanı anlamadıq. İllərdir burada asılı qalmış bayrağımızı bozarmış və cırılmış halda görəndə, olduqca təəssüfləndik. Halbuki, bu bayrağın altında pul qazanan həmin restoranın sahibi, ən azı ildə bir dəfə Azərbaycan bayrağını təzələyə bilər. Hansı ki, bu bayraq – igid əsgərlərimizin Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə… apararaq, qan bahasına ucaltdığı müqəddəs bir bayraqdır!

Deməyi bizdən, tədbir görməyi isə, adı çəkilən restoran-kafenin məşhur məmur sahibindən!

araz.az xəbər portalı.

P.S. Yadımızdan çıxmamış, soruşuruq ki, ümumiyyətlə “Honours” sözünün və ya adının mənasını bilirsinizmi?! Bilmirsinizsə, deyirik ki, “Honours” ingilis dilində “Fəxri adlar” deməkdir… Bayrağımızı birinci sırada, yəni fəxri yerdə asmayan sahibkarın bayrağımıza, dilimizə hörməti budursa, daha nə deyək!..

araz.az xəbər portalı.