yuxusuzluq.jpg

Hər gün eyni saatda yatmamaq damarların tutulmasına səbəb olur.

araz.az xəbər verir ki, bu barədə amerikalı mütəxəsisslər apardıqları araşdırmalardan sonra qənaətə gəliblər.

Yeni tədqiqatlar davamlı olaraq gecə müxtəlif vaxtlarda, eləcə də 8 saatdan az yatan insanlarda aterosklerozun yüksəlmə riskinin artdığını sübut edib.

Amerikalı mütəxəsisslər bu barədə qeyd edir ki, hər gün normal yatmaq ürək damar xəstəliklərinin qarşısını alır.

Bunun nəticəsində damarların daralması, oksigen və qida maddələri ilə birlikdə bədən orqanlarına, o cümlədən ürək və beyin kimi vacib olanlara qan axının azalmasına səbəb olur.

Mütəxəsislər 69 yaşlı (orta hesabla) 2032 xəstə haqqında məlumatları təhlil ediblər. Məlum olub ki, müxtəlif günlərdə 90 dəqiqə fərqi ilə gec yatan, müxtəlif saatlarda yuxuya gedənlər ateroskleroza ən həssas insanlar olurlar.

Bildirilir ki, nizamlı və eyni saatlarda davamlı yuxu ürək – damar xəstəliklərinin riskini azaltmağa kömək edir. /24News.ge/

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.