araz.az xəbər verir ki, müğənni Fədayə Laçının doğmalarına açıqladığı vəsiyyəti gerçəkləşməyəcək.
Buna səbəb isə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin bu gün vəfat etməsidir. Sənətçi bu barədə sosial şəbəkədə yazıb: “Çox acı xəbər oldu. Allah rəhmət eləsin. Yaxınlarıma demişdim ki, mən öləndə Hacı Şahin gəlsin, o gözəl sözləriylə, şeirlə, qəzəllə məni dəfn edin. Bu arzum da gözümdə qaldı”.
Qeyd edək ki, ilahiyyatçı bu gün səhər saatlarında ürəktutmasından vəfat edib. /pravda.az/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.