Bu günün korrupsiyaneri “Azərsu”dur. Hesablama Palatasının məlumatına görə, təkcə Pirşağı Çirkab Sularının Təmizlənməsi Qurğusunun tikintisi layihəsinin icrası zamanı, ayrılmış 72 milyon dollar dövlət vəsaitinin, azı 35 milyon manatı “Azərsu” tərəfindən “itkiyə gedib”. Hesablama Palatası baş vermiş hadisəni öz adı ilə deyil, “itki” kimi qiymətləndirsə də, əslində bu vəsait mənimsənilib, başqa sözlə oğurlanıb.
araz.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Namizəd Səfərov qeyd edib.
“Məlumdur ki, “Azərsu” təsərrüfat hesablı, yəni özünümaliyyəşdirən dövlət qurumudur. Lakin, bu qurum, təkcə son illərdə 7.8 milyard manat zərərlə işləyib. Bu pulların harada və kimlər tərəfindən “salınıb”, “itirildiyi” ölkədə hamıya, o cümlədən əmr qulu olan Hesablama Palatasına məlumdur. Lakin, yoxa çıxmış, bu məbləğin “itirildiyi” deyil, oğurlandığı bildirilsə, qaramaskalıların iştirakı ilə bir sıra arzu edilməz əməliyyatlar keçirilməsi zərurəti yaranar. Bu əməliyyat, şübhəsiz ki, uzun müddət “Azərsu”yun rəhbəri, daha sonra isə gözlənilmədən parlamentin sədri kürsüsünə gedib çıxmış Oktay Əsədova da, toxuna bilər. Bu isə hələlik arzu edilən deyil. Bəli,… hələlik”, – hüquqşünas bildirib.
Namizəd SƏFƏROV,
tanınmış hüquqşünas.
araz.az xəbər portalı.