“Hacıbala Abutalıbov haqqında oxudum bir yazı bu hadisəni xatırlatdı. Deməli, Hacıbala müəllim Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olanda, o zaman ARDNŞ-də (SOCAR) şöbə rəisi olan Solmaz xanımla onun qəbuluna getmişdik”.
araz.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, müzakirələri sona çatanda, Hacıbala Abutalıbov “Qum Adası” NQÇİ (indiki Bahar ƏŞ) rəhbərindən şikayət edib:
M.QƏHRƏMANLI
“Dedi ki, “rayonda kanalizasiya xəttinin bərpası üçün iri düyməli boru istədim, vermədilər. Bu gün Zığ ərazisindən keçən borunu kəsib götürdük. Kəsib gördük ki, içi boş və istifadəsizdir”. Sonra bu məlumatı dəqiqləşdirəndə isə məlum oldu ki, Hacıbala Abutalıbov ehtiyat neft kollektorunu kəsdirib. Yəni, istifadədə olan kollektor təmirə dayandırıldıqda, yaxud bir qəza baş verdikdə, nefti ehtiyat kəmərə yönəltsinlər. Bunu ona izah edəndə isə dediki, gedib təzəsini çəksinlər. Soruşdum heç olmasa, idarəni xəbərdar etmisiniz? Dedi, o necə idarədir ki, kollektorunu kəsirlər, xəbərləri olmur…”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.