Yaxın keçmişə nəzər salsaq görərik ki, Prezident İlham Əliyev tərəfindən bir neçə icra başçısı vəzifəsindən azad edildi.

araz.az bildirir ki, kimisi evinə “istirahətə” göndərildi, kimisi də məsuliyyətə cəlb olundu. Elə İlham Əliyevin dedi kimi “Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür”. Prezidentimiz daha bir çıxışında onların iqtidara ləkə olduğunu vurğulmışdı. Çox təssüf hissi ilə bildirmək istəyirəm ki, günümüzdə iqtidara ləkə olan icra başçılarından hələ də var və bəziləri hələ də öz qanunsuz əməllərini davam etdirirlər. Qanunsuz əməllərin sahiblərindən biri də Zakir Fərəcovdur. Onun hansı şəhərin “meri” olduğu hər kəsə məlumdur. “Hörmətli mer” bir qrup sahibkarı sözün əsl mənasında süründürür. Cənab Prezident İlham Əliyevin sahibkarlara bu qədər şərait yaratdığı dövrdə hansısa icra başçısının bu əməlinə nə ad vermək olar?

Yenidən icra başçılarının həbsinin başlanması həmin sahibkarları bir daha media vasitəsilə ölkə rəhbərliyinə müraciət etməyə sövq edib. Sahibkarlar bu dəfə bizə gördükləri bütün işlərin smetasına dair lazım olan sənədləri də təqdim ediblər. Həmin sənədlər üzərində apardığımız araşdırma zamanı müəyyən etdik ki, Zakir Fərəcov sözün əsl mənasında “sahibkar ovu”na çıxmış bir məmurdur. Sənədlərdən görünür ki, şəhərin əsas giriş hissəsini yenidən quran, Xəzərin sahilində uzunluğu 4,2 km, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün lazımı şərait yaradılan və ən müasir standartlara cavab verən Dənizkənarı bulvarı ən qısa zamanda – 8 ay ərzində, 2016-cı ilin sentyabr ayında istismara təhvil verən 426 nəfər sahibkar və fəhlə üstündən təxminən 4 il keçməsinə bamayaraq hələ də qanuni ödənişlərini – təxminən 8 milyon manat pulu Zakir Fərəcovdan  ala bilmirlər.

Sahibkarlar bildirirlər ki, onlar başçıdan “dövlət mənə nə pul verib ki, mən də ondan sizə verim. Gedin kimə şikayət edirsiz edin” sözlərini eşidirlər. Həddini aşan sahibkarlara indidən özləri üçün “suxarı” tədarükü görməyi “tövsiyə” edən, yəni məhbəs həyatına hazırlaşmaqla təhdid edən və özünü 70 yaşlı şəhərin “əbədi qubernatoru” kimi aparan Zakir Fərəcov ən yaxın əlaltısı olan Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatov vasitəsilə iş adamlarına qarşı “qamçı və kökə” siyasətini tətbiq edir. O ya sahibkarları məhbəs ilə hədələyir, ya da ki, onlara Sumqayıtın özləri üçün yaxın hesab etdikləri iş adamları vasitəsilə “kokə” təklifini edir: “Onu da qeyd edək ki, Zakir Fərəcov sahibkarların pulunu verdiyi barədə yuxarılara saxta hesabat verir. Qoy icra bascisi desin görək hansi sənədlə, hansı bank vasitəsilə pullarımızı verib?”

Sahibkarlar qeyd ediblər ki, hal hazırda borc içində boğulurlar. Onlar görülən işlər müqabilində pullarını ala bilmədiklərindən xeyli sayda insana borclu qalmalı olublar. “Zakir Fərəcov nəyə arxayındı bilmirik. Onun bu hərəkətləri həm biz sahibkarlara zərər vurur, həm də Sizin siyasətə ziddir. Bu adam öz əməlləri ilə dövlətə qarşı mənfi münasibətin formalaşmasına çalışır. Belə özbaşınalıqların, belə məmurların qarşısı alınmalıdır. Əminik ki, siz bunu həyata keçirib, Zakir Fərəcov kimi məmurları cəzalandıracaqsınız”.

İş adamlarının milyonlarla vəsaitini qaytarmaqdan imtina edən icra başçısı onların susması üçün bütün qanunsuz vasitələrə əl atır. Bu günlərdə iş adamlarını qəbul edən icra başçısı açıq şəkildə onlara birldirib ki ” 50 min manat verib hamınızı həbs etdirərəm”. Maraqlıdır ki, icra başçısı dövlət rəhbərliyinə ünvanlanan müraciətlərə də sayğısız davranaraq: “o müraciətlər mənə gəlir mən də cırıb zibilə atıram” deyib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.