Təşkilatçı qurumlardan araz.az-a daxil olan məlumata görə, keçirilən bu tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Elman Nəsirov və Ceyhun Məmmədov, “Əbədi Birlik” GİB sədri Şahin Əliyev, Gəncliyə Yardım Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Qoşqar Abbas, tarixçi alim Faiq Ələkbərli, qardaş Türkiyənin tanınmış iş adamı Önder Aksoy, Trabzon İş Adamları Platformasının sədri Mustafa Küçükali, Türkiyənin tanınmış iş adamlarından, II Qarabağ müharibəsində misilsiz xidmətlər göstərən Mehmet Akbıyık, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, Azərbaycan Fudokan Federasiyasının Prezidenti Vüsal Abdullazadə, Prezident Təhlükəsizliyi Xidmətinin polkovniki, Azərbaycan Paurliftinq Federasiyasının Prezidenti Ələddin Əliyev, Prezident Təhlükəsizliyi Xidmətinin polkovniki, Azərbaycan FUDOKAN Federasiyasının Vitse-prezidenti Aqil Gözəlov, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə Komitəsinin Maliyyə Departamentinin rəhbəri Firdovsi Ələkbərov, AYB və AJB-nin üzvü, “Əbədi Birlik” GİB-nin fəxri üzvü Zakir Ağdamlı “Təlimçilik Akdemiyası”-nın təsisçisi, Karyera və Şəxsi İnkişaf üzrə Təlimçi və Mentor Fəxrəddin Abdullayev, II Qarabağ müharibəsi qazisi Xəqani Muradov, Sənət Dünyası Nuru jurnalının təsisçisi Fərqanə Məhyəddinqızı, Pilgrim Education MMC-nin direktoru Aisa Aslanova, eləcə də fəal gənclər iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyə dövlətlərinin himni ilə başlayıb, qonaqların Xocalı Soyqırımı ilə bağlı çıxışları ilə davam edib.
Tədbirdə “Əbədi Birlik” GİB-nin Mədəniyyət Komitəsinin sədri Cəmilə Məmmədlinin “Azərbaycan” adlı ifası səslənib, rəssam Nizami Huseynovun rəsm sərgisi keçirilib. Xocalı soyqırımı qurbanlarına həsr olunmuş rəsmlər haqqında qonaqlara məlumat verilib. Məlumatda o da qeyd olunub ki, qonaqlar onu bildiriblər ki, təşkil olunmuş bu sərgi çox təsirli olmaqla yanaşı, həm də çox sevindiricidir.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.