Son dövrlərdə özəlləşdirmə çeklərinin tədavül müddətinin bərpası ilə bağlı ictimaiyyət arasında geniş müzakirələrə rast gəlinir.

araz.az    xəbər verir ki, hətta bir sıra millət vəkilləri də çıxışlarında bu məsələni gündəmə gətirərək, çeklərin yenidən istifadəsinə şərait yaradılmasının zəruriliyini qeyd ediblər. Çek sahibləri problemin həlli və hüquqlarının bərpası üçün ölkə başçısına, müvafiq dövlət qurumlarına açıq məktubla müraciət də ediblər.

Bəzi ekspertlərə görə, məsələnin parlamentdə gündəmə çıxarılması vətəndaşların sözügedən probleminin tezliklə öz həllini tapmasına səbəb ola bilər. Bu baxımdan parlamentin bir sıra deputatlarına məktub da göndərilib.

Həmin deputatlar arasında Müşfiq Cəfərov, Məlahət İbrahimqızı, İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev, Razi Nurullayev, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Aqrar siyasət komitəsinin sədri, Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı, Azər Badamov, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, , Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, Aqil Abbas, Nəsib Məmmədquliyev, Anar İsgəndərov, Aydın Hüseynov, Kamilə Əliyeva, Fazil Mustafa, Vüqar Bayramov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə, Vahid Əhmədov, Ceyhun Məmmədov, Asim Mollazadə, Tahir Kərimli, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ali Məhkəməsinin sədri və hakimi İnam Kərimov, Azərbaycan Respublikasının 10-cu Baş naziri Əli Əsədov və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev var.

Bundan başqa, Milli Məclisin sədri Sahibə Qafarovaya da müraciət olunub. Həmin müraciətlə tanış ola bilərsiniz:

file:///C:/Users/Dell/Downloads/Milli%20M%C9%99clisin%20S%C9%99drin%C9%99.pdf

Qeyd: Özəlləşdirmə payı və özəlləşdirmə çeklərinə aid müqayisəli hüquqi təhlil ilə ətraflı məlumatları təqdim edirik:

https://ayna.az/ozellesdirme-ceklerinizi-suya-atmayin

https://ayna.az/diqqet-ozellesdirme-cekleri-qanunla-quvvededir

https://ayna.az/dovriyyede-qalan-ozellesdirme-ceklerinin-qanuni-ve-faktiki-qiymeti

https://ayna.az/dovlet-ozellesdirme-ceklerinin-qiymeti-ve-manipulyasiyalar

araz.az xəbər portalı.

araz.az xəbər portalı.