Qalxanvari vəzdə problem, düyün olduqda enerji mübadiləsi pozulur, hormonlar azalır.
Bu orqanın toxuması çoxsaylı follikullardan ibarətdir. Orqanda düyün məhz bu follikullardan birinin böyüməsidir.
Statistikaya görə, əhalinin 6-7%-də bu patologoya var, 10% isə hələ bundan xəbərsizdir. Çünki insan zobu, düyünü olduğunu illərlə hiss etmir.
araz.az düyünlü zobun yaranma səbəblərini təqdim edir:
Hələ ki, elm dəqiq səbəbi təyin etməyib.
Bu vaxta qədər hesab edilir ki, düyünün səbəbi sırf yod çatışmazlığıdır. Amma alimlər düyünlərin yaranmasında yodun əsas rol oynamadığını bildirib.
Əsas səbəblərdən:
– Hormonal disbalans – tireod hormonların azlığı
– İrsi nəsil genetika
– Pis ekoloji durum, çirkli hava, radiasiya
– Orqanizmdə turşu-qələvi balansının pozulması
– Zərərli qidalar yemək
– Stress
– Vitamin-mineral çatışmazlığı
Düyünlü zobun müalicəsi ilə endokrinoloq məşğul olur.
araz.az xəbər portalı.