5 nəfəri vuran avtobus sürücüsü qəza zamanı sükan arxasında yuxuya gedib.

araz.az  xəbər verir ki, bu istintaqın əsas versiyasıdır. Belə ki, 58 yaşlı sürücünün həddindən artıq yorulduğunu və qəfil huşunu itirdiyi güman edilir.

Hadisə yanvarın 24-də Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü avtobusun idarəetməsini itirərək səkiyə aşıb. Nəticədə 5 nəfər xəsarət alıb. Qəzadan sonra yol hərəkəti qaydalarını pozduğuna görə cinayət işi açılıb, sürücü saxlanılıb.

Şəhər səhiyyə komitəsinin məlumatına görə, dörd qurbanın vəziyyəti ağırdır.

araz.az xəbər portalı.