Ekspertin sözlərinə görə, bu kimi problemlərin qarşısını almaq üçün şəhərləri planlı şəkildə yüngülləşdirmək lazımdır.
“Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan təhlillər göstərir ki, yer üzündə ətraf mühitin çirklənməsinin 50-60 faizi məhz nəqliyyat vasitələrinin ixrac etdiyi zəhərli qazların payına düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi açıqlamasında göstərilib ki, Bakı şəhərində ətraf mühitin çirklənməsinin 80 faizi avtomobillərin üzərinə düşür. Pandemiya vaxtı avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı, yəni portalla hərəkət edirdilər.
Ümumiyyətlə, bəzi günlər tam qapanma vardı. Həmin vaxt ətrafa göz gəzdirəndə havanın aydın olduğunu müşahidə etmək olurdu. Yəni bir çox paytaxt şəhərlərdə bu problemlər var və bunun da qarşısını almaq üçün şəhərləri yüngülləşdirmək lazımdır. Yaşayış bir yerə toplanmamalıdır, paylanmalıdır. Bölgələr inkişaf etməlidir ki, insanlar hamısı paytaxta axışıb, gəlməsinlər. Avtomobil parkı yenilənməlidir, yenilənmə ilə yanaşı, paralel olaraq hibrid və elektromobillərə keçid baş verməlidir. Bu proseslər hamısı planlı şəkildə həyata keçirilməlidir”, — deyə, E. Muradlı qeyd etdi.
araz.az xəbər portalı.