Ermənistan baş nazirinin Qazax toyunda iştirak etməsi haqqında şok fakt açıqlanıb. araz.az xəbər verir ki, bu barədə toy sahibi Missiya TV-ə danışıb. O, müsahibəsi zamanı bir çox faktların da üstünü açıb. 

Zahmətdin Ziyadoğlu uzun illər neft sənayesində çalışıb. O, 1962-ci ildən 2012-ci ilə qədər, yəni 50 ilə yaxın Azərbaycan neft sənayesində müxtəlif vəzifələrdə çalışdığını bildirib. Onun sözlərinə görə, 25 il neft daşlarında işləyib və Moskva Həmkarlar Akademiyasını bitirib.Ziyadoğlu həmçinin şairdir və 17 kitab, 2 dram əsərinin müəllifidir. Onun 1975-ci il avqustun 15-də baş tutan toyunda o dövrün ən məşhur qara zurna ustası Nikol iştirak edib. Ziyadoğlunun sözlərinə görə, Nikol o vaxt qara zurnanın mahir ifaçısı olub və Azərbaycanın klassik oyun havalarını çox ustalıqla ifa edirmiş. Nikolun toyda iştirakı xüsusi sifarişlə olub, çünki o dövrdə Nikolun məşhurluğu böyük olub.Nikolun özü də Qazaxda böyüyüb və Azərbaycan mədəniyyətinə bağlı olub. Onun babası da məşhur qara zurna ifaçısı olub. Ziyadoğlu qeyd edib ki, Nikolun bu səviyyəyə çatmasında Azərbaycanlıların böyük rolu olub.Toyda 3 gün davam edən mərasimlərdə həm oğlan, həm də qız toyu keçirilib. O vaxtlar toylar 3 gün davam edirmiş və qonaqlara yüksək səviyyədə qulluq edilirmiş. Nikolun çıxışı toyun ən yaddaqalan hissələrindən biri olub.

araz.az xəbər portalı.