Şüşadakı yenidən qurulmaqda, abadlaşdırılmaqda olan küçələrdən biri də, Əhməd bəy Ağaoğlu küçəsidir.
Əhməd Ağaoğlu 1905/07-ci illərdə Azərbaycan mahallarında erməni-daşnak cəlladlarının təşkil etdikləri qırğınların qarşısını almaq üçün “Difai” cəmiyyətini quran Kişidir.
O, bizim haqq səsimizi Rusiya çarına və Avropa mətbuatının diqqətinə çatdırmaq üçün bir neçə dildə kəskin çıxışları və yazıları ilə əlindən gələni edib.
Həmçinin, Atatürkün ən yaxın silahdaşlarından biri olub.
Ermənilər 1992-ci ilin mayında Şuşanı işğal edərkən, “Qnçaq” və “Daşnaksütyun” kimi terrorçu erməni təşkilatlarının mənfur planlarına qarşı barışmaz mübarizəsinə görə Əhməd Ağaoğlunun da ata evini yandırıblar.
Bəybala MİRZƏYEV.
P.S.
Bu şəkil Şuşada yaşayan yazıçı, jurnalist Kərimli Kərimli tərəfindən çəkilib.
P.P.S.
Üzeyir Hacıbəylinin 1918-ci ildə “Azərbaycan” qəzetində Əhməd bəy Ağaoğlu haqqında dərc etdiyi yazını aşağıdakı linkdən oxuya bilərsiniz. Həmin yazını mərhum araşdırmaçımız, professor Şirməmməd Hüseynov tapıb, üzə çıxarıb.
https://525.az/?name=xeber&news_id=11676&fbclid=IwY2xjawHyXfJleHRuA2FlbQIxMQABHbWrJSKeufa4QB9EwQBiYYd-SeKkK7WlzOypPTAc0ySrAvTwz1X9VI2J5w_aem_8x3LByTe1rn4tfRqe_TJZw
araz.az xəbər portalı.