“Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin “qara qutu”sunun məlumatları mediada yayılan bəzi ilkin versiyaları təsdiq etmir”.
araz.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib. Məlumatı TASS-a istinadən Qafqazinfo yayıb.
“Araşdırma çərçivəsində Braziliyada xüsusi görüş baş tutub, “qara qutu”ları açdıq, orada maraqlı məlumatlar var. Onun tərkibi tam araşdırmanı gözləməyin lazım gəldiyini bir daha təsdiq edir”, — deyə, Lavrov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanla cari strukturlu münasibətlər istənilən məsələni operativ həll etməyə imkan verir.
araz.az xəbər portalı.