qorbacovSSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkədəki etirazlar fonunda etdiyi səhvlərdən danışıb.
Qorbaçov KİV-ə müsahibəsində Lukaşenkonu yol verdiyi nöqsanlara görə qınayıb: “Lukaşenko dəstək üçün sənaye işçilərinə müraciət etdi. Ancaq görünür, çox gecdir”.
O, əlavə edib ki, SSRİ dağılmazdan əvvəl işçilərə müraciət etmişdi, lakin lazımi dəstəyi almadı.
Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Ölkədə seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar başlayıb/Azvision.az

araz.az xəbər portalı.